ABŞ prezidenti Donald Tramp Çikaqo meri Brandon Conson və İllinoys ştatının qubernatoru Cey Robert Pritzkeri qanunsuz mühacirlərə qarşı kampaniya zamanı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərini hücumlardan qoruya bilmədiklərinə görə həbs olunmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, Tramp Truth Social-da yazıb.
"Çikaqonun meri ICE agentlərini qoruya bilmədiyi üçün həbsdə olmalıdır. Qubernator Pritzker də belə olmalıdır".
Çikaqo meri və qubernatoru Trampa qarşı çıxan Demokrat Partiyasını təmsil edir.