Aİ səfirləri Rusiya neftinin və qazının idxalına qadağa ilə bağlı razılaşıblar

16:13 - 8 Oktyabr 2025 - DÜNYA

Avropa İttifaqının səfirləri Macarıstan və Slovakiyanın etirazlarına baxmayaraq, 2028-ci ilə qədər Rusiya qazı və neftinin bütün alışlarını qadağan etmək barədə Avropa Komissiyasının planını ilkin olaraq razılaşdırıb və Aİ Şurasına təqdim ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.
“Avropa İttifaqının səfirləri çərşənbə günü 2028-ci ilə qədər Rusiya neftinin və qazının bütün idxalına qadağa qoyulması planını təsdiq üçün Aİ Şurasına təqdim etmək barədə razılığa gəliblər”, - deyə agentlik bildirib.

Slovakiya və Macarıstanın qarşı olduqlarını, lakin bu tənzimləmənin sanksiyalara deyil, Aİ ticarət siyasətinə aid olduğunu və buna görə də yekdilliklə deyil, ixtisaslı səs çoxluğu ilə təsdiq oluna biləcəyini qeyd edib.

Xəbər xətti