C vitamini çatışmazlığının 11 ƏLAMƏTİ

06:00 - 2 İyul 2024 - DİGƏR

C vitamini sağlamlığımız üçün böyük əhəmiyyət kəsb edir. Güclü toxunulmazlığın ən vacib silahlarından biri kifayət qədər C vitamini qəbul etməkdir. Bəs C vitamini çatışmazlığı zamanı orqanizmdə nə baş verir? C vitamini çatışmazlığı hansı xəstəliklərə səbəb olur? C vitamini çatışmazlığının orqanizmə təsiri...

Ucnoqta.az xəbər verir ki, C vitamini orqanizm üçün ən vacib vitaminlərdən biridir. Bədənin qan damarlarında, qığırdaqlarda, əzələlərdə və sümüklərdə kollagenin əmələ gəlməsi üçün ehtiyac duyduğu mühüm qaynaqlardan biri olan C vitamini əskik olduqda bəzi şikayətlər görünməyə başlayır. Anemiya, əzələ və oynaq ağrıları, yorğunluq və zəif yaddaş bunlardan bəziləridir.

Bəs bunun səbəb olduğu digər sağlamlıq problemləri hansılardır? Prof. Dr. Osman Müftüoğlu, C vitamini azaldıqda bədəndəki əlamətləri açıqlayıb.
C vitamini azlığında nə olur?
- İmmunitet zəifləyir.
- Diş ətləri qanayır və iltihablanır.
- Dəridə bənövşəyi ləkələr əmələ gəlir.
- Anemiya baş verə bilər.
- Dəridə erkən qırışlar əmələ gəlir.
- Oynaq və əzələ ağrıları başlayır.
- Yorğunluq inkişaf edir.
- Gut tutmaları daha tez-tez baş verir.
- Qan yağları artır.
- Dəmirin udulması azalır.
- Yaddaş zəifləyir.

Xəbər xətti