Tanınmış həndbol mütəxəssisi vəfat etdi - FOTO

19:19 - 3 Noyabr 2022 - Cəmiyyət

Azərbaycanın qadınlardan ibarət “Gənclər Birliyi” klubunun sabiq baş məşqçisi Vladimir Korotkiy vəfat edib.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, 83 yaşlı mütəxəssis ürək xəstəliyindən vəfat edib.

1939-ci ildə Bakıda anadan olan Vladimir Korotkiy ömrünü həndbola sərf edib.

O, SSRİ yığma komandasının üzvü, Azərbaycanın əməkdar məşqçisi, idman ustası olub.


Xəbər xətti