ABŞ və Koreya birgə hərbi təlimlər keçirəcək

07:27 - 7 Avqust 2025 - DÜNYA

Koreya Respublikası və ABŞ Silahlı Qüvvələri avqustun 18-28-də genişmiqyaslı “Ulchi Freedom Shield” təlimi keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Hər iki ölkənin silahlı qüvvələrinin nümayəndələri qeyd ediblər ki, təlimlər real təhlükələri əks etdirəcək və müttəfiqlərin bütün istiqamətlərdə döyüş qabiliyyətini artırmaq məqsədi daşıyır.

Bildirlir ki, "Ulchi Azadlıq Qalxanı" Cənubi Koreya hökumətinin hərbi şəraitdə hərəkətlərə daha yaxşı hazır olmasına töhfə verəcək. Ulchi Azadlıq Qalxanı zamanı Cənubi Koreya ənənəvi olaraq hava hücumu zamanı tədbirlər görülərkən milli səviyyədə də daxil olmaqla mülki müdafiə təlimləri keçirir.

Xəbər xətti