Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək

19:01 - 6 Avqust 2025 - Cəmiyyət

Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək.

Ucnoqqta.az Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli deyib.

O, Xankəndi şəhərində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi tədbiri çərçivəsində “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri” adlı paneldə çıxışında ərazidə məskunlaşan əhalinin keyfiyyətli təhsil və tibb xidmətləri ilə təmin edilməsi məqsədilə işlərin davam etdirildiyini vurğulayıb.

Xəbər xətti