Türkiyə Ordusuna yeni Baş Qərargah rəisi təyin edilib

16:12 - 5 Avqust 2025 - Xəbər

Ali Hərbi Şuranın qərarı ilə Baş Qərargah rəisi ordu generalı Metin Gürak təqaüdə göndərilib

Ucnoqta.az xəbər verir ki, Rabitə İdarəsi Ali Hərbi Şuranın qərarlarını açıqlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın iclasında qəbul edilən qərarları imzalayıb.

Baş Qərargah rəisi, ordu generalı Metin Gürak  təqaüdə göndərildiyi üçün Quru Qoşunlarının komandanı ordu generalı Səlcuq Bayraktaroğlu Baş Qərargah rəisi, 1-ci Ordu komandanı ordu generalı Metin Tokel isə Quru Qoşunları komandanı təyin edilib”.

Xəbər xətti