Koreya Respublikasının silahlı qüvvələri sərhəddə KXDR-ə qarşı təbliğat xarakterli yayımlar üçün nəzərdə tutulan stasionar səsgücləndiricilərin sökülməsini başa çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hərbçilərə istinadən məlumat yayıb.
Məlumata görə, avqustun 5-də yerli vaxtla 20 qurğunun hamısı çıxarılıb. Silahlı qüvvələr bu işə avqustun 4-də başlayıb.