Florida polisi hava limanında atışmanın qarşısını alıb

14:13 - 6 Avqust 2025 - DÜNYA

ABŞ-nin Florida ştatında polis əməkdaşları Palm Beach hava limanında kütləvi atışma planlaşdıran şəxsi saxlayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Palm-Biç dairəsinin şerif ofisi məlumat yayıb.

Hava limanının əməkdaşları avqustun 5-də səhər saatlarında hava limanının yaxınlığındakı dayanacaqda tünd rəngli avtomobili qoyub gedən “şübhəli şəxs” barədə polis əməkdaşlarına məlumat veriblər.

Hadisə yerinə gələn əməkdaşlar avtomobildən AR-15 yarı avtomat tüfəngi üçün döyüş sursatı dəsti aşkar ediblər.

Polis şübhəli şəxsi dindirir.

Xəbər xətti