Ucar rayonunda toqquşan iki avtomobildən biri yanaraq sıradan istifadəyə yararsız hala düşüb.
Ucnoqta.az xəbər veirr ki, hadisə bu gün səhər saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.
Belə ki, Balakən rayon sakini, 2003-cü il təvəllüdlü Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi "Ford" markalı avtomobil ilə Ağcabədi rayon sakini, 1993-cü il təvəllüdlü Fərrux Bəhrəm oğlu Hüseyinlinin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Ford" anidən alışıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.///apa