"Amazon"un qurucusu Ceff Bezos və həyat yoldaşı Lauren Sançez Leonardo Dikaprio və sevgilisi Vittoria Ceretti ilə çimərlikdə fotosessiyaya çəkilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Kampaniya yaxta gəzintisində görüntülənib. Onlar "Amalur Ibiza" restoranına gedərkən paparassilər tərəfindən yaxalanıb.
Lauren Sançez dərin dekolteli dar ağ paltar, Vittoria Ceretti isə qara top və krujevalı atlas yubka geyinib.