Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılıb

15:14 - 4 Avqust 2025 - Cəmiyyət

‎İyulun 31-dən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Ucnoqta.az xəbər verir ki, idarənin inzibati binasında keçirilən müsahibəyə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, topladığı bala görə müraciət edənlər arasında ən yüksək bal toplamış 8 nəfər namizəd dəvət olunub.

‎‎Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır.


Xəbər xətti