Oğuz rayonunda fəaliyyət göstərən kafelərin birində 34 yaşlı şəxs bıçaqlanıb.
Ucnoqta.az-ın məlumatına görə, 39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.