FHN və DİN yanğın təhlükəsizliyi ilə bağlı birgə çağırış edib - Video

19:11 - 5 Avqust 2025 - Cəmiyyət

Fövqəladə Hallar (FHN) və Daxili İşlər nazirlikləri (DİN) anğın təhlükəsizliyi ilə bağlı birgə çağırış ediblr.

DİN-dən Ucnoqta.az-a verilən məlumatda qeyd olunub ki, ölkə ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə ekoloji təhlükəsizliyin qorunması fonunda Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi və profilaktikası sahəsində fasiləsiz xidmət aparılır.

"Yay mövsümündə havaların isti və quraq keçməsi meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığını nəzərə alaraq hər kəsi təbiətə səfərlər zamanı müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.

Təəssüf ki, aparılan təhlillərin nəticəsində məlum olur ki, meşə massivlərində qeydə alınan yanğınların mütləq əksəriyyəti insan səhlənkarlığı ucbatından baş verir. Tam söndürülməmiş tütün məmulatının təbiətə atılması, yandırılan kol-kos, eləcə də odla ehtiyatsız davranış yanğınlara və yaşıllıqların məhvinə gətirib çıxara bilər.

Gəlin, təbiət qoynunda keçirəcəyimiz istirahətimizi hamılıqla elə təşkil edək ki, özümüzdən sonra ətraf-mühitə bərpası illər tələb edən sağalmaz yaralar vurmayaq, yanğın təhlükəsizliyi qaydalarına əməl edək.

Unutmayaq ki, ekoloji təhlükəsizliyi və meşə massivlərini qorumaq bizim vətəndaş kimi başlıca öhdəliklərimizdən biridir", - müraciətdə vurğulanıb.

Xəbər xətti