Bu yollarda tıxac var - SİYAHI

08:05 - 7 Avqust 2025 - AVTO

Bakıda bir neçə küçədə nəqliyyat sıxlığı müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət: 
 1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti