Sumqayıtda 57 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

11:44 - 7 Avqust 2025 - HADİSƏ

Sumqayıtda 57 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin üçüncü mərtəbəsindən yıxılıb.

İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.

Ağır xəsarətlər alan R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti