Şəki şəhər 6 nömrəli tam orta məktəbə X sinif şagirdlərinin qəbulu başlayıb.
Ucnoqta.az xəbər verir ki, sözügedən məktəb tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.
Təhsil müəssisəsində təhsil alacaq şagirdlər üçün aşağıdakı üstünlüklər var:
- İntensivləşdirilmiş proqram və təmayül (ixtisas qrupları üzrə zəruri fənlər) tədris planları;
- Yüksək akademik göstəricilərə malik peşəkar pedaqoji heyət;
- Bilik və bacarıqların aylıq qiymətləndirilməsi və nəticələrin təhlili;
- Emosional və fiziki inkişaf yönümlü məktəbdənkənar fəaliyyətlər və s.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 150 və daha çox bal toplamış şagirdlər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/gboQk34djGare8Vg8