Avqustun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

11:00 - 7 Avqust 2025 - Cəmiyyət

Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 25-30-u tarixlərində bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

"Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir".

Xəbər xətti