Klyuçevskoy vulkanı 11,5 km hündürlüyə kül buraxıb

07:39 - 7 Avqust 2025 - DÜNYA

Kamçatkada Klyuchevskoy vulkanı 11,5 km hündürlüyə kül buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 7-də Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu öz Telegram kanalında məlumat verib.

Məlumata görə, kül şlyefi vulkanın şərqində 124 km uzanıb.

Qeyd olunur ki, bu, bu gün səhər saatlarında ikinci kül emissiyasıdır. Vulkana “qırmızı” aviasiya təhlükəsi kodu verilib.

Xəbər xətti