Tayvanın şərqində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Keelunq şəhərindən 140 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 105 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.