Elon Mask “Mavi tık”ın ödənişli olmasına etiraz edənlərə belə CAVAB VERDİ

17:52 - 3 Noyabr 2022 - Xəbər

Xəbər verdiyimiz kimi, 44 milyard dollara tviteri alan “Tesla” və “SpaceX” şirkətlərinin sahibi Elon Mask “mavi tık” üçün 8$ məbləğində aylıq ödəniş təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu, sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Mask isə buna cavab olaraq tviterdə paylaşım edib.
O, paylaşımında bir fincan kofenin 8 dollar olduğunu bildirərək bir fincan kofenin 30 dəqiqəyə bitdiyini, “mavi tık”ın isə 30 gün qaldığını qeyd edib. 


Xəbər xətti