Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib - FOTO

18:16 - 2 İyul 2022 - Xəbər

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.

Bu barədə "Ucnoqta.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.


Xəbər xətti