Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib - <font color=red><b>FOTO</b></font>

18:16 - 2 İyul 2022 tarixində dərc olunub.

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.

Bu barədə "Ucnoqta.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.

Müəllif: