Gürcüstanın baş naziri sabah Azərbaycana səfər edəcək

22:30 - 4 May 2021 - SİYASƏT

Gürcüstanın baş naziri İrakli Qaribaşvili sabah Azərbaycana rəsmi səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib. İ.Qaribaşvili səfər çərçivəsində azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirəcək.

Səfərdə Baş naziri onun müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edəcək.

Xəbər xətti