Turist avtobusu qəzaya uğradı; 1 ölü, 31 yaralı - FOTO

13:58 - 11 Noyabr 2020 - HADİSƏ

Türkiyənin Şanlıurfa vilayətində turist avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 11-də səhər saatlarında Şanlıurfa – Mardin avtomagistralının Dağyanı istiqamətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, içərisində İraqlı və Liviyalı turistlərin olduğu xarici qeydiyyat nömrə nişanlı avtobus, hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq əvvəlcə dəmir baryerlərə çırpılıb, sonra isə yoldan çıxaraq uçuruma yuvarlanıb.

Qəza nəticəsində 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Yaralılardan İbad Adnan Abbas, həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

Bildirilir ki, avtobus İraqdan Samsuna gedirmiş.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

Xəbər xətti