Sərnişin avtobusu dağ uçqununun altında qaldı; 16 nəfər öldü - FOTO

11:49 - 19 Oktyabr 2020 - HADİSƏ

Pakistanın Gilgit-Baltistan bölgəsində sərnişin avtobusunun dağ uçqununun altında qalması nəticəsində 16 nəfər dünyasını dəyişib. Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 19-da səhər saatlarında ölkənin şimalında, Skardu rayonu ərazisində yerləşən dağlıq yolda qeydə alınıb. Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, içərisində 16 nəfərin olduğu avtobus, Ravalpindi şəhərindən Pəncab əyaləti istiqamətinə hərəkət edirmiş.

Bildirilir ki, iri qayaların və torpaq kütləsinin altında qalan avtobusdakı insanların hamısı ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

Xəbər xətti