Bu sərnişinlər marşrut avtobusunu dayanacaqdan kənarda da saxlatdıra biləcəklər

09:52 - 18 Sentyabr 2020 - MARAQLI

İspaniyanın paytaxtı Madriddə bəzi sərnişinlər gecə saatlarında istifadə etdikləri marşrut xətt avtobuslarını arzuladıqları ünvanda saxlatdıra biləcəklər. Ucnoqta.az xəbər verir ki, bu barədə “Europulse” portalı məlumat yayıb.

Məlumata görə, yalnız qadınlar, uşaq və yeniyetmələr bu fürsətdən yararlana biləcəklər. Məqsəd isə gecənin qaranlıq vaxtında onların evlərinə təhlükəsiz çatmasıdır.

Bildirilir ki, sentyabrın sonunda qüvvəyə minəcək bu cür xidmət daha bir neçə şəhərdə tətbiq olunacaq.

Qeyd edək ki, ilin əvvəlində yeni sxemin sınağı ay ərzində 6 marşrut avtobusunda keçirilib. Nəticəyə əsasən, əlavə dayanacaqlarda saxlatdıran sərnişinlərin 95 faizinin qadınlar olduğu məlum olub.

Xatırladaq ki, analoji tədbirlər küçə şiddətinin qarşısını almaq üçün digər Avropa şəhərlərində də tətbiq edilir.

Məsələn, Parisdə bəzi marşrut avtobusları 2018-ci ildən sözügedən xidməti göstərir.

 

Namiq Musayev

Xəbər xətti