Aparıcı Nigar Fərhadın "Kanal S"də yayımlanan verilişdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm”, - o verilişdə deyib.
Ucnoqta.az xəbər verir ki, məsələyə Audiovizual Şura da münasibət bildirib.
“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - açıqlamada bildirilir.
Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir.
Aparıcı etirazla qarşılanan çıxışından sonra sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib: “Fikirlərimin şəhid qızları ilə əlaqəsi yoxdur. Allah mənə övlad nəsib edərsə, istəyərəm ki, ocağıma şəhid qızımız nəsib olsun”.