İran hərbçiləri Fars körfəzində neft tankerlərini saxlayıb

12:54 - 1 Aprel 2025 - DÜNYA

 İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində qaçaqmal yanacaq daşıyan iki xarici neft tankerini saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

Qeyd edilir ki, “Star-1” və “Vintaq” tankerləri iri qaçaqmalçılıq şəbəkələrinin bir hissəsi olub və 3 milyon litrdən çox dizel yanacağı daşıyıb. Tankerlərin göyərtəsində 25 nəfər olub.

Agentliyin məlumatına görə, məhkəmə saxlanılan gəmilərin yanacaq boşaltmaq üçün İranın cənubundakı Buşehr şəhərinə göndərilməsi barədə qərar verib.

Xəbər xətti