Malayziyada qaz kəmərində güclü partlayış - FOTO

08:24 - 1 Aprel 2025 - DÜNYA

Malayziyada Kuala-Lumpur yaxınlığındakı qaz kəmərində güclü partlayış baş verib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, azı 25 nəfər xəsarət alıb. Partlayış Malayziyanın paytaxtı Kuala-Lumpur yaxınlığındakı Putra yüksəklikləri ərazisində qaz kəmərinin içərisində baş verən yanğın nəticəsində baş verib.
Yanğın sütununun hündürlüyü təxminən 500 metrdir. Səlahiyyətlilər yaxınlıqdakı yaşayış məntəqələrindən evakuasiya əmri verib.

Partlayış nəticəsində bir neçə ev yanıb, bəzi insanlar evlərində qalıb, xilasedicilər hadisə yerinə cəlb olunub. Zərərçəkmişlərə tibbi yardım göstərilir.

Xəbər xətti