Somalidə sərt eniş edən BMT təyyarəsi alovlanıb.
Ucnoqta.az xəbər verir ki, təyyarənin eniş şassisi sıradan çıxıb və o, ilk olaraq uçuş-enmə zolağından keçib.
İlkin məlumata görə, Moqadişu hava limanında Birləşmiş Millətlər Təşkilatına məxsus təyyarənin sərt enişi zamanı bir nəfər xəsarət alıb.
Salonda 17 nəfər olub.
Təyyarənin ön eniş şassisi sıradan çıxıb. Eniş zamanı təyyarə burnu ilə uçuş-enmə zolağı boyunca bir neçə metr sürüşüb.
Xilasedicilər operativ şəkildə fövqəladə hadisə yerinə gəlib və təcili enişdən sonra başlayan yanğını söndürüblər.