Təkcə hərbi güc İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün kifayət etməyə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (QQŞ) sədri vəzifəsinə irəli sürdüyü Den Keyn deyib.
"Təkcə hərbi güc İranı çəkindirmək üçün kifayət olmaya bilər. Diplomatik iştirak və iqtisadi təşəbbüsləri ehtiva edən yanaşma lazım ola bilər" - Keyn bildirib.
Bu sənəd ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində onun namizədliyi ilə bağlı dinləmələr üçün hazırlanıb.