Trampın 19 yaşlı oğlu 48 min dollarlıq saatla görüntüləndi - Foto

00:31 - 2 Aprel 2025 - MARAQLI

ABŞ prezidenti Trampın oğlu Barron 48 min dollarlıq qol saatı ilə şəkil çəkdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “PageSix” məlumat yayıb.

19 yaşlı Tramp Nyu-Yorkda anası ilə fotosessiyaya çəkilib. Onun əynində qara köynək və cins şalvar olub. Qoluna taxdığı "Rolex" brendinin Daytona saatı marağa səbəb olub. Məhsulun rəsmi internet saytındakı qiyməti 48 700 dollardır.


Xəbər xətti