Kanada Amerika mallarına bütün tarifləri ləğv edəcək

20:59 - 22 Avqust 2025 - DÜNYA

Kanada hökuməti ABŞ, Kanada, Meksika Azad Ticarət Sazişinin (USMCA) müddəalarına uyğun olaraq tədarük ediləcək bir sıra Amerika mallarına cavab idxal rüsumlarını ləğv edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni mətbuat konfransında bildirib.

"Kanada hökuməti CUSMA ilə əhatə olunan Amerika mallarına Kanadanın bütün tariflərini ləğv edəcək", - o, mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu tədbir 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

"Kanada polad, alüminium və avtomobillərə tarifləri saxlayacaq, çünki biz bu məsələləri həll etmək üçün ABŞ ilə intensiv işləyirik", - o, eyni zamanda qeyd edib.

Xəbər xətti