Astarada 47 yaşlı qadın qətlə yetirildi

17:09 - 22 Avqust 2025 - HADİSƏ

Astarada qətl hadisəsi baş verib.

Ucnoqta.az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi endirilib.

İlkin məlumata görə, onu oğlu Astara şəhər sakini, 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb.

Hadisə qısqanclıq zəminində baş verib. Meyit müayinə olunması üçün morqa təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti