Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

20:43 - 21 Avqust 2025 - Xəbər

Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub. 

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb. 

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.

Xəbər xətti