Yuxusuzluq və xroniki ağrı arasında əlaqə

09:49 - 21 Avqust 2025 - DİGƏR

Alimlər yuxunun bədənin ağrıya qarşı həssaslığına təsir etdiyinə dair sübutlar tapıblar. Məlum olub ki, hətta qısa müddətli yuxu pozğunluğu ilə də insan ağrıları daha güclü hiss edir.

Ucnoqta.az xəbər verir ki, Aalborg Universitetinin alimləri yuxusuzluğun orqanizmin ağrıya qarşı həssaslığına necə təsir etdiyini öyrənmək üçün araşdırma aparıblar.
European Journal of Pain (EJP) jurnalında dərc olunan materialda qeyd edildiyi kimi, hətta qısa müddətli yuxu pozğunluqları da ağrı hisslərini artırır.

Bu, 18 yaşdan 45 yaşa qədər olan 59 sağlam yetkin insanın iştirak etdiyi təcrübə zamanı aşkar edilib. Üç gecə ərzində iştirakçılar gecə üç dəfə yuxudan oyandırılıb və kiçik tapşırıqları yerinə yetirmək istənilib, sonra onların ağrıya qarşı həssaslığı qiymətləndirilib.
Həmçinin məlum olub ki, qadınlarda yuxusuzluq və ağrıya həssaslıq arasında əlaqə kişilərə nisbətən daha qabarıqdır.

Xəbər xətti