Hindistanda fabrikdə partlayış 7 nəfər ölüb

13:34 - 1 Aprel 2025 - DÜNYA

Hindistanın qərbindəki Qucarat ştatında fişəng fabrikində baş verən partlayış və ardınca yanğın nəticəsində azı 7 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Hadisə naməlum səbəblərdən Banaskante sənaye zonasında baş verib. Sənaye binasının uçması nəticəsində 5 işçi yerindəcə, daha iki işçi isə xəstəxanada dünyasını dəyişib.

Dağıntılar altında qalan insanları axtarılır.

Xəbər xətti