Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələrinin patrulu Dəməşqin ətrafında keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları tərəfindən atəşə tutulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ərəb Respublikasının keçid hökumətinin Daxili İşlər Nazirliyi özünün rəsmi Telegram kanalında məlumat yayıb.
Bildirilir ki, toqquşma nəticəsində iki hücumçu öldürülüb, bir neçə nəfər isə yaralanıb. Hadisə Suriya paytaxtının cənubunda yerləşən Nəcha şəhərində baş verib.
Hadisədən sonra patrul əlavə qüvvələrlə gücləndirilib və ərazi mühasirəyə alınıb.