Avstraliya Ehtiyat Bankı (RBA) əsas faiz dərəcəsini 4,1% səviyyəsində saxlayıb.
Ucnoqta.az xəbər verir ki, “Trading Economics”in məlumatına görə, qərar analitiklərin konsensus proqnozu ilə üst-üstə düşüb.
Fevral ayında faiz dərəcəsi 2020-ci ilin noyabrından, yəni COVID-19 pandemiyası vaxtından bəri ilk dəfə aşağı salınıb.
RBA-nın iclasın yekunlarına dair bəyanatında, sərt pul siyasəti səbəbindən Avstraliyada inflyasiyanın 2022-ci ilin zirvəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə yavaşladığı və son məlumatların onun zəifləməsinin davam etdiyini göstərdiyi qeyd edilir.