Avtomobil bir qrup insana çırpıldı

09:41 - 1 Aprel 2025 - DÜNYA

Yaponiyanın Naqoya şəhərində ölkənin qərbində avtomobil səkiyə çıxıb və yoldan keçən bir qrup şəxsə çırpılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə JNN telekanalı məlumat yayıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, azı 7 nəfər xəsarət alıb. Telekanalın hadisə yerindən görüntülərinə görə, ehtimal etmək olar ki, qəza zamanı minik avtomobili piyada səkisini yolun hərəkət hissəsindən qoruyan beton bamperlə toqquşub, ona ciddi ziyan dəyib.
Hadisənin başvermə şəraitini araşdırır.

Xəbər xətti