Təmizlik zamanı bu səhvə diqqət! Davamlı allergiyanın səbəbi...

08:39 - 1 Aprel 2025 - Xəbər

Baharın gəlişi ilə xüsusilə uşaqlarda və böyüklərdə allergiya artmağa başlayır.

Ucnoqta.az xəbər verir ki, allergik rinitdən qorunma yollarını izah edən immunoloq Prof. Dr. Mahir İğde bəzi tövsiyyələr verib.
Yaygın olaraq yaz qripi və ya saman qızdırması olaraq bilinən allergik rinit həm böyüklərdə, həm də uşaqlarda rast gəlinir. Allergik rinit ən çox burun iltihabıdır Uşaqlarda allergik xəstəliklər. Rinit ya da soyuqdəymə, insan sağlamlığını və həyat keyfiyyətini təsir edən ümumi bir xəstəlikdir. 

Allergik rinitin simptomları il boyu davam edə bilər və ya müəyyən fəsillərdə, əsasən də yaz aylarında daha çox özünü göstərə bilər. Burun axması, tıxanma, qaşınma və asqırma kimi əlamətlərlə özünü göstərir. Polen xüsusilə aprel-iyul aylarında, yazın sonu və payızın əvvəlində artır. Xüsusilə səhər saat 07:00-10:00, axşam 19:00-22:00 arası daha intensiv şəkildə buraxılır. Bu saatlarda bayıra çıxdığınız zaman və ya evdə pəncərələri açdığınız zaman, xüsusilə küləkli havada tozcuqlar içəri daxil olur.
Baharın əvvəlində ağac tozcuqları, yazın sonlarında və yazın əvvəlində çəmən tozcuqları, yayın ortalarından payıza qədər alaq otlarının tozcuqları bu şikayətlərə səbəb ola bilər.

Allergik rinitin uşaqlar üzərindəki təsirlərinə də toxunan İğde, "Allergik rinit uşaqlarda yuxu problemlərinə, məktəbdə və oyunda diqqəti cəmləməkdə çətinlik çəkməyə, akademik müvəffəqiyyətin azalmasına, allergik riniti olan uşaqlarda burun tıkanıklığı səbəbiylə gecələr uzun sürən yuxusuzluq, yorğunluq, iştahsızlıq və məktəbdə uğursuzluq yaşaya bilər. Uşaqlarda burun tıkanıklığı səbəbiylə üzdə deformasiya yarana bilər və allergik rinit düzgün müalicə edilməzsə astmanın inkişafına səbəb ola bilər.

Xəbər xətti