Bakıda 59 yaşlı qadını maşın vurub

09:23 - 1 Aprel 2025 - HADİSƏ

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

1996-cı il təvəllüdlü Elçin Qəhrəmanov idarə etdiyi "VAZ 21 010" markalı avtomobillə 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Xatirə Məmmədova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti