Birinci rübdə Avropada qazın orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfədən çox artaraq 1000 kubmetr üçün təxminən 509 dollar təşkil edib.
Ucnoqta.az xəbər verir ki, London ICE fyuçers birjasının məlumatlarına görə, martda qazın orta qiyməti fevral ayı ilə müqayisədə 14% azalaraq təqribən 467 dollar təşkil edib.
Lakin 2024-cü ilin mart ayı ilə müqayisədə 1,5 dəfə yüksək olub. Əgər fevralın 28-də qazın fyuçersləri 1 min kubmetr üçün 475 dollar civarında satılırdısa martın 31-də ticarət $450 səviyyəsində olub.