"Qarabağ"ın cinah müdafiəçisi Marko Veşoviç mövsümün sonu komandadan ayrılacaq.
Ucnoqta.az forvard-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi üçün daha sərfəli təkliflərin olduğu deyilir.
"Qarabağ" onun istədiyi maaşı verməsə monteneqrolu karyerasını başqa klubda davam etdirəcək.
Qeyd edək ki, Veşoviç 2021-ci ilin yayından "Qarabağ"ın formasını geyinir.
O bu mövsüm bütün turnirlərdə 24 görüşdə meydana çıxıb və 2 qola imza atıb.