Milli Birlik Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen 4 il həbs və dərhal 5 il səsvermə hüququndan məhrum edilib.
Ucnoqta.az-ın məlumatına görə, müvafiq qərarı parlamentin köməkçilərinin işi üzrə Paris məhkəməsi verib.
Məhkəmənin qərarına görə, Le Pen dörd ildən iki ilini elektron qolbaq taxmalı olacaq. O, həmçinin 100.000 avro məbləğində cərimə ödəməlidir.
BFMTV kanalının məlumatına görə, səsvermə hüququnu dərhal itirdiyinə görə Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.