İlham Əliyevdən Ramazan bayramı TƏBRİKİ

20:17 - 29 Mart 2025 - Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:

“Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.

Xəbər xətti