Azərbaycanlı milyarder sabiq deputata 1 milyon dollar bağışlayıb

13:48 - 28 Mart 2025 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, sabiq millət vəkili Hacı Qalib Salahzadə 35-ci dəfə Həcc ziyarətində olub.

Ucnoqta.az xəbər verir ki, sabiq millət vəkili bu məsələlərlə bağlı Manset.az-a açıqlamasında böyük səs-küyə səbəb olacaq açıqlama verib.

Hacı Qalib məşhur azərbaycanlı milyarder Fərhad Əhmədovun ona bir milyon dollar bağışladığını bildirib:

"Bir gün öz otağımda oturmuşdum, milyarder Fərhad Əhmədov yanıma gəldi. Söhbət əsnasında mənə bir milyon dollar bağışladı. Pulu nəğd formada verdi. Həmin ili 300 min dollar verib, yüzdən çox vətəndaşı ziyarətə göndərdim. Verilən pulu qəpik-qəpik, qənaətlə xərclədim. Fərhad Əhmədov eyni zamanda Bilgəh qəbiristanlığını da çox gözəl təmir edib. Sanki bulvara oxşayır. O da, mən də nə etmişəksə Allah yolunda etmişik".

Qeyd edək ki, Qalib Salahzadə Fərhad Əhmədovun ona bağışladığı bir milyon dolların qalan hissəsi barədə danışmayıb.

Xəbər xətti