Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır

09:38 - 28 Mart 2025 - DÜNYA

Avropa İttifaqı (Aİ) 17-ci anti-Rusiya sanksiyalar paketini formalaşdırmağa başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa diplomatlarına istinadən EUObserver portalı məlumat yayıb.

Portalın mənbəsinin sözlərinə görə, yeni məhdudiyyətlər üzərində iş başlanıb, lakin çox ilkin mərhələdədir.
Bildirilir ki, Aİ-nin xarici siyasət xidməti və Avropa Komissiyası bunun üzərində işləyir və təkliflər yəqin ki, yayın əvvəlində açıqlanacaq.

Xəbər xətti