Beyləqanda maşın aşdı, xəsarət alan var

10:16 - 28 Mart 2025 - HADİSƏ

Beyləqan rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2006-cı il təvəllüdlü Bilalov Xəyal Əsgər oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin və bədənin müştərək travmaları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti